
Dünya Ədəbiyyatı tarixində xüsusi yeri olan 22 yazıçıya aid ən gözəl sözlər
1. Anton Çexov (1860-1904)
Sən sevdiyin üçün əsla utanma, bil ki utanması lazım olanlar sevildiyini bildiyi halda sevməyi bilməyənlərdir.
2. Can Yücel (1926-1999)
Kiçik yaşlarımda ikən anam, yerdə çörək gördüyündə: Yüksək yerə qoy quşlar yeyər deyərdi. Sevdiyimiz insanları həmişə yüksəkdə tutduq, görəsən quşlarmı yedi?
3. Çingiz Aytmatov (1928-2008)
Gün gələr və insan anlar ki, yaşadığı hər şey yalandır. Arxada unuda bilmədiyi bir eşq və qəbul edə bilmədiyi bir tənhalıq qalar.
4. Çarlz Bukovski (1920-1994)
Xoşbəxt insanlar, hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.
5. Fridrix Nitsşe (1844-1900)
Bir dəfə səhv qatara minmisinizsə, dəhlizdə tərs tərəfə yeriməyin heç bir faydası yoxdur!
6. Fyodor Dostoyevski (1821-1881)
Həyatda həmişə xoşbəxt olsam, xəyalını quracaq neyim qalar bəs?
7. Onore de Balzak (1799-1850)
Dost üçün kürəyimi körpü etməyə hazıram mən, yetər ki təmiz ürəklər daşıyan ayaqlar keçsin üstümdən.
8. Mövlana Cəlaləddin Rumi (1207-1273)
Hər şey üstünə gəlib, səni dözə bilməyəcəyin bir nöqtəyə gətirdiyində, əsla imtina etmə! Çünki ora gedişatın dəyişəcəyi yerdir.
9. Lev Tolstoy (1828-1910)
Kimisə kiçildəcək qədər böyük deyilsən. Çünki bir gün gələr, kiçiltdiyin hər şey üçün mütləq vacib bir cavab verərsən.
10. Maksim Qorki (1868-1936)
Bir çox dostumun içində əlbət düşmənim olmalı idi, ancaq hardan bilərdim ki, o qədər düşmənim içində məni dostum vuracaq.
11. Nazım Hikmet Ran (1902-1963)
Sevmək, sevdiyin insanla birlikdə olmaq deyil unutma. Çünki eşq, onunla yaşamaq deyil, onu yaşamaqdır əslində.
12. Oğuz Atay (1934-1977)
İki qadına həsr etmək istəyirəm həyatımı. Biri “həyat yoldaşım” desin mənə, digəri yalnız “ata”.
13. Oskar Uayld (1854-1900)
Güc kişiyə, gözəllik qadına verilir. Ancaq hər şeyi məğlub edən güc, tək gözəlliyə məğlub olur.
14. Paulo Koelyo (1947 –
Gedən sizin üçün çox qiymətli belə olsa qapını örtün ki, içəridə qalanlar üşüməsin.
15. Rene Dekart (1596-1650)
Tənhalıq, bir daha sınmayacağın və üzülməyəcəyin bir xoşbəxtlikdir. Onu qəbul edə bilməyən tək şey isə, məğlub olmaq hissidir.
16. Ziqmund Freyd (1856-1939)
Qəribədir yox? Bir insana gərəkli olduğunu hiss ettirdiyinizdə, onun ilk gərəksiz gördüyü insan siz olursunuz.
17. Viktor Hüqo (1802-1885)
Ən mənalı and söz verməkdir, ən böyük intiqam bağışlamaqdır, ən böyük yalan heç sevmədim demək və ən gözəl cavab gülüb keçməkdir.
18. Erix Mariya Remark (1898-1970)
Heç kimə lazım olmadıqlarını düşünən insanlar çox vaxt ən lazımlı insanlar olurlar.
19. Miqel de Servantes (1547-1616)
Sevgi hər kəsi bərabər göstərər.
20. Vladimir Nabokov (1899-1977)
İnsanda tək həvəsin olması dünyanın ən böyük xoşbəxtliyidir.
21. Qabriel Qarsiya Markes (1927-2014)
Bitti deyə üzülmə, yaşandı deyə sevin.
22. Ömər Xəyyam (1048-1131)
Ya kürəyimizə alıb daşıyırıq, ya da ayağımızın altına atıb əzirik. Öyrənə bilmədik yan-yana getməyi.