Sağlamlıq

Diqqət, soyuq hava Üz iflici riskini artırır

Uz iflici haqqinda
1.07Kviews

Soyuq havanın təsiri ilə yaranan Üz iflici problemi, qəfildən yarana bilən və bir tərəfli olaraq üzdəki mimika əzələlərinin işləməməsinə səbəb olan bir problemdir.

Üz iflicinin əsasən Tip1 Herpes virus infeksiyası nəticəsində yarandığını bildirən  Türkiyəli Nevrologiya Mütəxəssisi Professor Zülküf Önal, bu infeksiyanın yaranma səbəbinin dəqiq olaraq bilinmədiyini söyləyir.

Soyuq havalarda Üz iflici probleminin artdığını vurğulayan professor, xəstəliyin inkişafında çox yayılan infeksiyalar, damar problemləri və bəzi bağırsaq xəstəliklərinin də təsirli olduğunu bidlirir.

Üz iflici problemi təxminən 4-6 həftə içərisində düzəlir.
yaaz.az uz iflici problemi haqqinda

Mövsümi və meteoroloji dəyişikliklər ilə bərabər hava istiliyi, nəm nisbəti və təzyiq dəyişikliklərinin Üz iflici təhlükəsini artırdığını vurğulayan Önal, “Üz iflici, ildə yüz min insanın təxminən 25-də müşahidə olunur” deyə söyləyir.

Xəstəlikdə müalicə müddətinin əsasən zədənin böyüklüyündən asılı olduğunu söyləyən professor, “Daha ağır olan sinir zədələrində sağalma bir neçə aya qədər davam edə bilər. Müalicə müddəti 15 günlə 18 ay arasında dəyişə bilir. Ancaq sağaldıqdan sonra da iflicin təkrarlama riski var. Bu vəziyyət, xəstənin özünü qorumasından və sözü gedən kəskin virus bölgəsində olub-olmasından asılıdır”

Müalicənin ilk şərti: Soyuqdan qorunmaq

Üz iflici müalicəsinin nevrologiya mütəxəssisləri tərəfindən aparıldığını bildirən Önal, lazım gələrsə KBB, fiziki müalicə və reabilitasiya ilə plastik cərrahiyə mütəxəssislərindən də dəstək alındığını söyləyir.

Müalicə üçün xəstənin əvvəlcə soyuqdan qorunmasının şərt olduğunu bildirən Önal, təklif edilən müalicəylə birlikdə xəstənin əzələ zəifləməsinin qarşısını almaq üçün məşq və isti masajın da vacib olduğunu söyləyir.