Dünən bir çox yoldaşlıq görüşləri keçirilib. Yoldaşlıq görüşlərindən əlavə əsas yadda qalan hadisə Bastian Schweinsteiger və Robbie Keanenin yığma komanda karyerasına son qoyması oldu. Olduqca üzüntülü keçən bu ayrılıq oyunlarında həm futbolçular özləri, həm də azarkeşlər göz yaşlarını saxlaya bilmədilər. Robbie Keane son oyununda həm də gözəl qol ilə yadda qaldı.
Schweinsteiger 12 il əsas yığma komandanın şərəfini qoruyub və 121 oyuna 24 qol vurmağı bacarıb. Schweinsteigerin aktivində 1 dünya çempionluğu, 2 dəfə dünya bürüncü, 2 avropa bürüncü və 1 avropa gümüşü var.
Robbie Keane isə 19 ilini keçirdiyi İrlandiya millisinin heyyətində 146 oyuna çıxıb və 68 qol vurmağı bacarıb.
Hər 2 futbolçu öz oyunları və xarakterləri ilə dünya futbolunda iz qoydular.
What an ovation for Robbie Keane as he leaves the pitch for the final time in a green jersey! #ThanksRobbie https://t.co/sBVvc8hA3Y
— eir Sport (@eirSport) August 31, 2016
Departing captain @BSchweinsteiger struggles to fight back the tears on an emotional night in Germany. #GERFIN pic.twitter.com/bxNwVLSEel
— Football on BT Sport (@btsportfootball) August 31, 2016