Noyabr ayında Louis Vuitton Fashion Eye fotoalbomunun ilk seriyasını təqdim edəcək.Xüsusi albomun hər cildi şəhər, sahə və ya ölkəyə həsr olunacaq. İlk seriyaya “Mayami”, “Paris”, “Şanxay”, “Kaliforniya” və “Hindistan” daxil olacaq.
Oxucular Kaliforniyanı Kortni Royun gözləri ilə görəcəklər: amerikalıların gündəlik həyatlaı əks olunmuş rəngarəng fotolar daha çox reklam bilbordlarını xatırladırlar. Honkonqlu Uinq Şya isə sevimli Şanxayın arxiv fotolarını təqdim edəcək.
Tanınmış fotoqraf Henri Klark 60-cı illərdə Hindistana səyahəti zamanı Vogue üçün çəkdiyi fotolar da bu albomda yer alacaq. Gi Burden bizi 70-ci illərin Mayamisi ilə tanış edəcək. Parisi idə Janlu Syefin ağ-qara fotolarında görəcəksiniz.
Beləliklə, ilk dəfə moda industriyasının fotoqrafları səyahət fotoqrafları kimi fəaliyyət göstərmiş olacaq.
Alboma 100ə yaxın tam ölçülü fotolar, fotoqraflar haqda qısa məlumat və tənqidçilərin oçerkləri daxil olacaq.
Qeyd edək ki, fotoalbomun 1500 nüsxəsi satışa buraxılacaq və ilkin satış qiyməti 350 avro olacaq.
Kaliforniya
Şanxay
Mayami
Paris