Futbol

Cinsiyyətçi futbolçulara ‘Qadın komandası ilə məşq etmək’ cəzası verilib

723views

Cinsiyyətçi futbolçulara ‘Qadın komandası ilə məşq etmək’ cəzası verilib.

Qadın köməkçi hakimə cinsiyyətçi ifadələrdə olan Sparta Pragalı futbolçular Tomas Koubek və Lukas Vacha’ya, klub tərəfindən “qadın futbol komandası ilə birlikdə məşqə çıxmaq” cəzası verilib. Edilən şərhdə “Oyunçular qadın komandası ilə oynayacaq və qadınların mətbəx xaricində özlərini necə ifadə etdiklərini şəxsən görəcəklər” ifadələrindən istifadə edilib.

s-1f91f27ed0cf0c6f6e23f1b85bb9991a45ccefb7

Hadisə Çexiya 1-ci Liqasının 9-cu həftəsində oynanan və 3-3 sona çatan Brno – Sparta Praqa matçından sonra baş verib və Sparta Praqa qapıçısı Tomas Koubek, matçın qadın köməkçi hakiminə cinsiyyətçi ifadələrdə olması ilə davam edib.

Koubek, matç sonu verdiyi reportajda hakimin səhv ofsayd qərarı verdiyini iddia edərək, “Məncə qadınlar evdə ocaqda faydalıdır və kişi futbolunda rəsmi vəzifə almamalılar.” ifadələrini istifadə edib.

Yenə Sparta Praqa oyunçusu Lukas Vacha isə Twitterdən eyni şəkildə matçın qadın köməkçi hakimini hədəf almışdı. Bunun ardından Sparta Praqa klubu, Tomas Koubek və Lukas Vacha’ya diqqət çəkən cəzanı verib.

Tomas Koubek, dünən Facebook səhifəsindən etdiyi şərhdə, “Matçın dərhal arxasından söylədiyim cümlələrlə əlaqədar çox təəssüf edirəm və bütün qadınlardan üzr diləyirəm.” ifadələrini istifadə edib.

s-99840219960abd57dc303285f6460539ea5572ce