Mətbəx

CINNABON – darçınlı kökənin hazırlanması

1.66Kviews

Sevimli darçınlı kökələri-məhz bu tərkiblə,ev şəraitində hazırlamaq mümkündür.


Xəmir üçün lazım olanlar:


Ərzaqlar (12 ədəd üçün)

  1. ilıq su – 120 ml
  2. quru maya – 2 ç. q.
  3. şəkər tozu – 2 ç. q.
  4. kərə yağı – 100 qr.
  5. yumurta – 1 ədəd.
  6. ilıq süd – 120 ml.
  7. duz – 1 çimdik.
  8. un – 600 qr.


de0a9ba85b8a9288369994f36206997c


İçlik üçün lazım olanlar:


  1. şəkər tozu – 150 qr
  2. darçın – 2 x. q.
  3. kakao tozu (zövqə görə) – 1 x. q.
  4. kərə yağı(yumşaq  halda) – 70 qr.

Şirə üçün lazım olanlar:


  1. qaymaq – 200 qr.
  2. şəkər tozu – 150 qr.

Hazırlanma qaydası:


  1. İlıq suda mayanı həll edib 5-10 dəqiqəlik kənara qoyun.
  2. Yağı əridib soyudun.
    Həll olunmuş mayanı Un,duz,süd,yağ,yumurtanın üzərinə əlavə edərək xəmir yoğurun.
  3. Xəmiri 10 dəq. ərzində yoğurun,dəsmal üzərini örtüb 1 saatlıq kənara qoyun.
  4. İçlik üçün ərzaqları qarışdırın.
    Şişmiş xəmiri dördbucaq şəkildə 5 mm qalınlığında yayın.1fa5a51cc72be73eb8dff7608e8db457
  5. Kənarlarında biraz yer saxlamaq şərti ilə yağlayın,içliyi səpi.
    Xəmiri rulet şəklində sıx bükün.
  6. İti bıçaqla 9-12 ədəd eyni ölçülü kökələr kəsib,yağlanmış siniyə düzün.
    Kökələri 30 dəq. kənara qoyun.
  7. 180 dərəcəli sobada 20-30 dəqiqə.
    Qaymağı,şəkər tozu ilə qarışdırıb isti-isti kökələrin üzərinə yaxın.5520bf8c063e7a9701a598abfcb305a6
    NUŞ OLSUN!