Dünya

Çində sarı həyəcan siqnalı verildi

709views

Çinin şimal bölgələrində artan hava çirkliliyi səbəbiylə sarı həyəcan siqnalı verilib.

Milli Meteorologiya Mərkəzi, Hunan, Hubey, Hıbey, Şanşi və Şaanşi əyalətlərinin bəzi bölgələri, Tiencin şəhəri və paytaxt Pekində artan hava çirkliliyi səbəbiylə sarı həyəcan siqnalı verildiyini bildirib.

Meteorologiya Mərkəzi, sarı həyəcan siqnalı, ölkənin şimal bölgələrində təsirli olan hava çirkliliyi səbəbindən bu gün və sabah təsirli olacağını bildirib. Ölkədə hava çirkliliyi səviyyəsini ifadə edən həyəcan sistemi mavi, sarı, narıncı və qırmızı olmaq üzrə dörd mərhələdən ibarətdir. Çin, xüsusilə 2014-ci ildən bu yana ətraf və havair çirkliliyi ilə mübarizə aparmağa çalışır. Çindəki böyük şəhərlərin çoxu dünyanın ən çirkli şəhərləri arasında yer alırlar.