Həyat tərziSağlamlıq

Çillər üstünlükdür ya çatışmazlıq?

1.23Kviews

Çillər-dəri piqmentasiyasının pozulması nəticəsində meydana gələr.
“Günəşin öpüşü” elə günəşin ilk şəfəqləri ilə yaranar,payızın ilk sərin mehi ilə aradan qalxar.
Dırnağın ucu boyda,rəngi (açıq qəhvəyi) olan çillərin səhhətə heç bir ziyanı yoxdur.

fe3ad05b5537e9611b9d2f060b7d9e92

Əslində çillərdən qurtulmaq istəyənlər az deyil,kiçik ikən çillər şirinlik səbəbi olsada,böyüdükçə bir çoxu bunu mənfi hal kimi qarşılayır.
Çoxu çilləri hər vəclə gizlətməyə çalışsa da,artıq illərdir dəb sənayesində bu bir çatışmazlıq deyil, əksinə fərdlilik və cazibənin mücəssəməsidir.

dab786f31f600bd8f9a6e4e07c016b88


Çillər (efelidlər) əsasən bədənin açıq olan hissələrində – üzdə,çiyinlərdə,boyun,sinə üstü nahiyələrdə olar.
İlk dəfə çillər 3-5 yaşlarda yaranır,25 yaşa qədər yaranmağda davam edir.


12b77842041a30fe891f328eea0fc05b
Həkim-dermatoloq çillərdən azad olmaq istəyənlər üçün ən doğru seçimdir,ən uyqun vasitə ilə onları yox etməyə yardım edə bilər.

Yox əgər,ev şəraitində çillərin aradan qalxmasını istəsəz (dəyərmi?) Yaaz.az sizə 6 üsül təqdim edir.

1.Süd məhsulları-üzü daha da parlaq edər.Gündə iki dəfə üzü südlə və ya qatıqla yuyun.

2.Limon-limonlu su ilə üzünüzü yuyun (bir-iki dilim limonu sərin suya qatın) çillərin rənginin açıldığını görəcəksiz.

3.Xiyar-üzü daha da parlaq edər.Xiyarın şirəsini,və ya xiyarın sıyığını üzə yaxmaq lazımdır.İlıq su ilə 10 dəqiqə saxladıqdan sonra yumaq lazımdır.

4.Cəfəridə-piqment ləkələri ilə mübarizə apara bilir.
Məsələn: bir dəstə cəfərini xırda-xırda doğrayıb üzərinə 1L qaynar su əlavə edərək,dəmə qoyub soyutmaq lazımdır.Hazırlanmış məhlul ilə üzünüzü yuyun.

5.Qırmızı soğan-sıxılmış qırmızı soğan suyu ilə üzünüzü silin.

6.BAL-2 xörək qaşığı bal ilə 1 ədəd sıxılmış Limonun şirəsini qarışdırın.Tənzifi məhlul dolu qabda isladın və 15-20 dəq., üzdə saxlayın ilıq su ilə yuyunun.

8d6aba918887e57de206d39758baa147

Statistika göstərir ki,çilli adamlar ürəkləri daha tez fəth etməyi bacarır.
Çillərin-dünya miqyaslı neçə-neçə ulduzların “Vizit kartı” olduğunu yəqin bilirsiz Courteney Cox, Penelope Cruz, Lindsay Lohan, Christina Aguilera, Neve Campbell çilləri ilə fəxr edir və ondan çəkinənlərə az da olsa örnək olmağı bacarırlar.