Kolumbiyada qəzaya uğrayan Braziliya futbol komandasını daşıyan təyyarənin qəzadan əvvəl yanacağının bitmək üzrə olduğu məlum olub.
Təyyarənin pilotu ilə nəzarət qülləsi arasında qeydə alınan səs qeydlərində pilot qüllədən təcili eniş üçün koordinatları istəyir.
Pilot və nəzarət qülləsi arasındsa baş tutan son səs qeydləri:
Pilot: Elektrik problemimiz var və benzinimiz bitmək üzərədir.
Nəzarət qülləsi: Aydın eşidilmədi.
Pilot: Eniş üçün koordinatlara ehtiyacım var.
Nəzarət qülləsi: Aydındı, Hal hazırda sizin aşağı hissənizdə başqa bir təyyarə eniş etməkdədir. Onun enişindən dərhal sonra sizə koordinatları verəcəm.
Pilot: Eniş üçün razılığınızı gözləyirəm, benzinimiz bitmək üzərədir. Təcili enməliyəm. Bu səbəbdən sizdən son təlimatları bildirmənizi istəyirəm.
Nəzarət qülləsi: Enişi artıq başladıram.
Pilot: Tez enməliyəm.
Nəzarət qülləsi: Sizi daha aşağı səviyyəyə gətirməliyəm. Enmək üçün mütləq sağ tərəfdə qalmalısınız. Radarda siqnalınızı itdi. Marşrutunuzu bildirin.
Pilot: 3-6-0 .
Nəzarət qülləsi: Sola dönün və Rio Negro küncündəki nizamlayıcı mövqeyinə yönəlin.
Pilot: Koordinatlar, koordinatlar.
Nəzarət qülləsi: Eniş zolağından 13 km məsafədəsiniz.
Pilot: Aman Allah..
Nəzarət qülləsi: Hal hazırda hansı hündürlükdəsiniz? Mövqeyinizi bildirin.
Bundan sonra heç bir cavab gəlmir. Və təyyarə təcili eniş etmək üçün yönəldiyi Medellin hava limanına 30 km qalmış dağlıq ərazidə qəzaya uğrayır.
https://www.youtube.com/watch?v=xiBqR-fpUmc