
Dünən Çempionlar Liqasının 2-ci turuna yekun vurulub. İlk oyun günü ilə müqayisədə dünən keçirilən oyunlar bol qollu keçib. A, B, C, D qruplarında baş tutan oyunların nəticələrini sizə təqdim edirik.
Qrup A
İlk turda bir-biri ilə qarşılaşan və sülh bağlayan qrupun favoritləri Arsenal və PSG 2-ci turda 3 xal qazanıblar. İngilislər doğma meydanda Basel klubuna 2 cavabsız qol ilə qalib gəlib. Parislilər isə 1-0 geriyə düşməyinə baxamayaraq 1-3 hesabı ilə Ludogoretsi məğlub edib.
Turnir cədvəli
Qrup B
Türkiyəni bu turnirdə təmsil edən Beşiktaş 2ci oyununda da heç-heçə edib. İlk oyunda olduğu kimi Napoli yenidən qələbəyə sevinib.
Turnir cədvəli
Qrup C
Qrupun favoritləri çətinliklə üzləşiblər. Barcelona çətin Monchengladbach səfərindən 3 xal ilə dönə bilib. Manchester City isə Celtic ilə bacarmayıb.
Turnir cədvəli
Qrup D
Qrupun favoritləri İspaniyada üz-üzə gəliblər. Bavariya Atletico səddini keçə bilməyib. Madrid təmsilçisi 1-0 hesabı ilə qalib gəlib. Digər oyunda isə Rostov PSV ilə 2-2 sülhə razı olub.
Turnir cədvəli