Kosmos

Burada 1 il yalnız 2 günə bərabərdir

897views

8700 km sürətlə əsən küləklər, ərimiş şüşə yağışları və mavi bir səth. Bütün fövqəladə xüsusiyyətlər bu planetdədir.

HD 189733b planeti, eynilə dünya kimidir, zülmət qaranlıq dənizin gözəl bir damlası kimi. Lakin 2 planet arasındakı bənzərliklər burada bitir.
HD 189733b dünyadan daha böyük və daha istidir. Az qala Yupiter ölçüsündə olan və öz orbiti ətrafındakı dönüşünü 2 dünya günü müddətində tamamlayan planetdir. Orbiti Günəş Sisteminin xaricindədir. Marsın Dünyaya yalnız tək bir üzünü göstərməsi kimi o da öz ulduzuna yalnız tək bir üzünü göstərir.
Dünyadan 63 işıq ili uzaqlıqda olan bu planetdə küləyin saatdakı sürəti 8700 km-dir. Yəni səs sürətindən belə 7 qat daha sürətli. Burada normal yağış yağmır, belə ki, burada ərimiş şüşə dənələri yağır.
HD 189733b planeti 2005-ci ildə kəşf edilib ancaq NASAnın elm adamları onun fiziki və xarakteristika xüsusiyyətlərini 2013-ci ildə istifadə etdikləri ‘Hubble” teleskopuyla kəşf edə bildilər. Günəş Sisteminin xaricindəki bu planet NASAnın bu il açmış olduğu “Galaxy of Horrors’ adlı qalereyadakı 6 işdən biri oldu.

Qalereyaya buradan baxa bilərsiniz.