Dizaynerlər işləyir və bir müddət sonra ən maraqlı işlərini bizim ixtiyarımıza verirlər. Dəb həvəskarlarının böyük maraqla izlədiyi “moda həftələrində” görə bilmiyəcəyimiz, amma gördüklərimizdən heç də geri qalmayan dəb ixtiraları da az deyil.
1.Dizaynerlər hesab edirlər ki, artıq çərçivələrdən kənara çıxmağın vaxtıdır. Beləliklə, təkcə pişik sevənlərin yox, geyimində xüsusi bir detalı vurğulamaq istəyən hər bir kəsin bəyənəcəyi yeni – pişik yaxalıq (Kitty collar blouse).
2.Krato Milano dizaynerləri isə kişilərə dəb dünyasının ilk saqqal aksesuarını təqdim edirlər. İnvidiuallığı və “saqqalını” çox sevən bəylər üçün əvəz olunmaz aksesuardır.
3. Texnologiyaların “ağıllandığı”, dil açıb danışdığı dövrdə qarşılayın – Heart Beat üzüklər – sevdiyiniz insanın ürək döyüntüsünü hiss edə biləcəyiniz üzük. Bu üzük barmaq toxunuşu ilə işləyir. Xüsusi proqram vasitəsilə İnternetə qoşulu olduğunuz zaman üzüyə barmağınızı toxundurmaqla dünyanın harasında olursunuz olun, sevdiyiniz insanın ürək döyüntüsünü hiss edə biləcəksiniz.
4.Səs-küydən bezib bir az səssizlik axtaranlar üçün isə yaponiyalı dizayner Mao Yamamoto orijinal qulaqcıqlar dizayn edib. İt şəklində yumşaq qulaqcıqlar ətrafdakı səsləri tamamilə susdurmağa vasitəçi olur.
5.Kosmos – insanlığın daim maraq göstərdiyi, kəşflər apardığı məkandır. Artıq Kosmos sizə çox yaxın olacaq. Bu boyun bağıdan asılan şar açıldıqda əsrarəngiz Kosmos görünür. Kosmos rəsmləri hər kulonun içinə yağlı boya ilə çəkilir. Etsy
6.Amerikalı florist Susan McLeary bitkiləri istifadə etməyin yeni üsulunu tapdı: bitkilər artıq canlı aksesuar rolunu oynayır. Siz aksesuarlardan istifadə etdiyiniz zaman, üzərindəki bitkilər 1-2 həftə boyunca yetişməyə davam edir. İki həftə sonra bitkiləri aksesuarların üzərindən çixarıb əksəniz evinizdə yaşıllığı çoxaltmış olarsınız.
7.Həqiqi sevginizi tapmısınızsa bu cüt evlilik üzükləri tam sizə uyğundur. Üzüklər yalnız cüt halda simvolik formalar yaradırlar. Beləliklə, yalnız iki insan birlikdə ikən tamamlanmış olurlar. Etsy
8.Təbiətdən ilhamlanan növbəti dizayner isə sizə şüşə içində güllər təklif edir. Metalla çəçivələnən bu aksesuarlar təbiətə açılan pəncəri xatırladırlar. Etsy
9.Yaşıllığın rahatlıq verdiyi, təbiətin ətrafda harmoniya yaratdığı hamıya məlumdur. Macarıstanlı dizaynerlər də bunu əks etdirmək üçün xüsusi materiallardan yarpaq detalları ilə çantalar hazırlayırlar. Bu çantalarla öz tərzinizi vurğulaya biləcəksiniz. Etsy