Səyahət

Dünyanı gəzərək minlərlə dollar pul qazanan bloqer

809views

Gənc qadın açdığı həyat tərzi və səyahət bloqu ilə internetdə ən çox ziyarət edilən saytlar arasına girib.

Başqa ölkələri görmək, bunun üstünə pul qazanmaq bir çox adamın xəyalıdır. 24 yaşındakı Aileen Adalid bu xəyalını gerçəyə çevirib.
Filipindəki De La Salle Universitetində müəssisə rəhbərliyini yüksək dərəcəylə qazanan Adalid, 19 yaşındaykən iş həyatına girib. 21 yaşındaykən Deutsche Bank‘ındaki işini tamamlauıb və səyahət etmənin həyatı üçün daha yaxşı olduğuna qərar verib. Freelance olaraq web və qrafik dizaynlik edərək, online bazara yönəlib. Beləcə daha çox boş vaxtı olub və tez-tez başqa ölkələrə getməyə başlayıb.
Öz həyat tərzini və səyahət bloqunu quran Aileen Adalid, hazırda bir aya 5000 dollar pul qazanır. Business Insider‘a görə gənc qadının ümumiyyətlə pulsuz səfər və yerləşmə imkanı da var. Yəni gəlirinin təxminən 70%ə qənaət edə bilər.

Hazırda dünyanın 50 ən yaxşı səyahət bloqeri sırasında olan Aileen, bütün səyahətlərini və məlumatlarını iamaileen.com bloqu vasitəsi ilə yayımlamaqdadır.