Gündəm

Braziliyada yeni prezident və yeni Dövr

796views

Brazilya Senatlarının ən son qərarı ilə Dilma Rousseff, Prezidentlik vəzifəsindən uzaglaşdırılıb

Dilma Rousseff’in vəzifəsinddən uzağlaşdırılması ilə, dövlət qanunları əsas tutularaq Prezident köməkçisi Michel Temer ölkənin yeni Prezidentlik vəzifəsinə gətirilib. Verilən qərarın ardından Temer rəsmi olaraq vəzifəsinə başlıyıb.

Brazilya Dövlət Hərəkatı Partiyası’nın üzvü Michel Temer, 1 Yanvar 2019-uncu ilə qədər Prezidentlik vəzifəsini icra edəcək. Bundan sonra isə artıq yeni seçimlər əsasında Braziliya yeni Prezidentini seçəcək.

75 yaşındakı yeni Prezident vəzifəsinə başlar-başlamaz G-20 zirvəsinə qatılmaq üçün Çin Xalq Respublikasına ilk rəsmi səfərini gerçəkləşdirəcək.

Vəzifədən uzağlaşdırılmasını çevriliş olaraq xarakterizə edən Dilma Rousseff isə köməkçisi Michel Temer’i müxalif qüvvənin Kapitanı olaraq göstərdi.

Digər maraqlı bir məqam isə Braziliya gündəmini daha da canlandırdı. Belə ki, Beynəlxalq səpgidə gizli və diplomatik sənədləri yayımlayan WikiLeaks xəbər agentliyi, 3 ay öncə Temer’in əvvəllər ABŞ dövləti üçün müxbirlik etdiyini açıqlayan xəbəri twitter hesabından yayımlamışdı.