İsveçrə saat manufakturası ilə birgə hazırlanan bahalı aksessuarın korpusu titandan, siferblatı isə karbon liflərindən hazırlanıb.

İlk dəfə olaraq, “Breitling for Bentley” xronoqrafı elektron kvars mexanizm – B55 kalibrinin yenilənmiş versiyasını əldə edib.

Dairə taymerindən və elektron taxometrdən başqa, “Bentley Supersports B55” xronoqrafın üç xüsusi funksiyasına sahibdir. “Chrono Rally”, “Chrono Race” və “Regular Rally” sürətli gedişlərin vacib ölçülərini, məsafənin orta qət etmə sürəti qeydə almağa kömək edir.

yaaz.az Bentley 2017

Tətbiqetmənin köməyilə bütün məlumatları ötürmək və smartfonda saxlamaq olar. Saat limitli seriya ilə – 500 ədəd buraxılıb.