Sosial

“The Atlas of Beauty” layihəsinin bu dəfə ki, qəhrəmanı azərbaycanlı qız oldu

1.22Kviews

Rumıniyalı fotoqraf Mihaela Noroc’un layihəsi olan “The Atlas of Beauty”nin bu dəfə ki qəhrəmanı azərbaycanlı qız oldu.

The Atlas of Beauty, yəni Gözəllik Atlası, Mihaela Noroc adlı səyyah-fotoqrafın başlatdığı bir proyektdir. Yəqin ki, bu haqqda mütləq eşitmisiniz. Mihaela bu layihə çərçivəsində dünyanın hər yerini gəzib bölgə qadınlarının şəkillərini çəkir. Bu dəfə ki qəhrəmanı isə Fidan adlı azerbaycanli bir xanım olub.

Bəs The Atlas of Beauty (Gözəllik Atlası) Nədir?
Mihaela, içdən və xaricdən, hər halıyla gözəl olan, özünə bir şəkildə ilham verən, ətrafına işıq saçan qadınların şəkillərini çəkir. Bunlar arasında məşhur gözəllik anlayışına uyğun gələni də var, uyğun gəlməyəni də.
Bu layihədən bəhs edən məşhur saytlarda, günümüz gözəllik standartlarına uyğun gələn qadınların fotoşəkillərinin siyahıda olması sizi yanıltmasın. Dünya qadınlarının gözəlliyini qadın gözündən bizə təqdim edən bu layihəni birbaşa öz səhifəsindən araşdırmaqda fayda vardır.

Rumıniyalı Mihaela, artıq bir neçə ildir dünyanı gəzir və dünyanın hər yerindən qadınların şəklini çəkir. 27 yaşındaykən adi həyatını tərk edib bütün təcrübəsini və enerjisini bu işə sərf edən Mihaela, atası rəssam olduğu üçün rənglərə və ətrafında görülməmiş gözəllikləri görməyə kiçikliyindən bəri adət etdiyini söyləyir.