Futbol

Azərbaycan millisindən tarixi qələbə

607views

Bu gün dünya çempionatı-2018-in seçmə mərhələsində Azərbaycan milli komandası Bakıda Norveçi qəbul edib. Matça sürətli başlayan yığmamız 11-ci dəqiqədə Maksim Medvedev standart vəziyyətdən sonra hesabı açıb. Bundan sonra qarşılaşmada status-kvonu bərpa etmək üçün irəli atılan skandinavlar bir neçə dəfə qol vurmağa yaxın olub. Lakin müdafiəçilər və qapıçı Kamran Ağayevin inamlı oyunu sayəsində qələbə hesabını qoruyub-saxlamaq mümkün olub. 1:0 hesablı qələbə qazanan yığmamız aktivinə 6-cı xalı yazıb və hal-hazırda C qrupunda liderdir.

Qeyd edək ki, Azərbaycan növbəti matçını oktyabrın 11-də Çexiya millisinə qarşı keçirəcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı