Kosmos

Ayın qaranlıq üzü və sirrləri

2.39Kviews

Ayın qaranlıq üzünü niyə heç görmürük?

Dünyanın peyki olan Ayın dünyadan həmişə eyni üzü görülür. Qaranlıq üzü deyilən digər tərəfi isə heç görülməz. Bəs bu qaranlıq üzündə nələr var? Yadplanetlilər orada mı yaşayırlar?

Ayın öz oxu ətrafında dönmə müddəti ilə Dünya ətrafında dönmə müddəti eynidir. Təxminən 29 gün davam edən bu fırlanma üzündən Ayın davamlı eyni üzü dünyaya baxar. Bu səbəblə qaranlıq üzü adı verilən digər tərəfini heç görə bilmərik.
Əvvəllər haqqında saysız əfsanələr çıxarılan Ayın qaranlıq üzü isə insanların aya uçuşlarından sonra Aya gedən insanlar tərəfindən görülmüşdür. ABŞ başda olmaq üzrə bir çox ölkənin insansız kosmos vasitələri də Ayın qaranlıq üzünün ətraflı fotoşəkillərini çəkmişdir. Ay’ın görünməyən qismi yəni Ayın qaranlıq üzü peykin 41%-lik sahəsini əhatə edir. Yəni dünyadan baxdığımızda Ayın 59%lik qismini görə bilərik.

dark-side-of-the-moon
Ayın qaranlıq üzündə nələr var?
Kosmos vasitələriylə göstərilən Ayın qaranlıq üzündə digər üzündə olduğu kimi meteor çuxurları müşahidə edilib. Ortaya atılan bəzi iddialardakı kimi yad planetlilər ya da bir insan quruluşu tapılmayıb. NASA tərəfindən Ayda su buxarı müəyyən olunmuşdu amma Ayda daha əvvəl su olmadığı da açıqlanmışdı. Bu sirr hələ də həll edilə bilinmiş deyil.
Ayın dünyadan görünməyən üzü çıxıntılıdır və Günəş sistemində onun kimi planetinə tək üzünü göstərən ikinci bir peyk daha yoxdur.