Avropada hər il keçirilən Car of the Year mükafatının sahibi məlum oldu.
Cenevrə Avtomobil Sərgisinə iki gün qalmış, Avropada ilin avtomobili açıqlanıb. Bu il Car of the Year namizədi olan bütün modellər yenə çox iddialı idilər. Finala qalan 7 avtomobil arasından hansının mükafatın sahibi olacağı maraqla gözlənilirdi.
Bu il Car of the Year, yəni Avropada ilin avtomobili Peugeot 3008 seçilib. Fransız avtomobil istehsalçısı Peugeot, beləliklə, bu mükafatı beşinci dəfə qazanmış oldu.
Finala qalan 7 avtomobilin Car of the Year münsiflərindən aldığı ümumi xallar aşağıdakı kimidir:
7. Nissan Micra – Toplam xal: 135
6. Toyota C-HR – Toplam xal: 165
5. Citroen C3 – Toplam xal: 166
4. Volvo S90 – Toplam xal: 172
3. Mercedes-Benz E Seriyası – Toplam xal: 197
2. Alfa Romeo Giulia – Toplam xal: 296
1. Peugeot 3008 – Toplam xal: 319