Futbol

Avropada həftə sonu ‘Derbi’ həyəcanı

741views

Dünya Kuboku Avropa Seçmə mərhələsi  oyunlarının ardından bu həftə Avropa liqalarında olduqça maraqlı qarşılaşmalar baş tutacaq.

Türkiyə, İngiltərə, İtaliya və Almaniya liqalarında bu həftə bir birinindən maraqlı derbilər bizi gözləyir.

yaaz.az photo 2016 novomber derby Footbal

Türkiyə Super Liqasında çempionluğa namizəd, Fenerbahçe ilə Galatasaray 11. həftə mübarizəsində Şükrü Saracoğlu’nun ev sahibliyi edəcəyi derbidə bazar günü qarşı-qarşıya gələcək.

İngiltərə Premyer Liqasında 12. həftə matçında Şənbə günü Manchester United öz meydançasında Arsenal ilə qarşılaşacaq.

yaaz.az photo 2016 novomber derby Footbal

İngiltərədə çempionluq uğrunda mübarizə aparan hər iki komandanın qarşılaşmasında eyni zamanda Mourinho və Wenger rəqabəti də yenidən ön planda görsənəcək. Sözü gedən oyun dünyada 119 ölkədə canlı olaraq yayımlanacaq.

yaaz.az photo 2016 novomber derby Footbal

Bundesliga’da isə Borussia Dortmund’un qonağı Bayern Münhen olacaq. Dortmund, Bayern ilə aralarında olan xal fərqini azaltmağa çalışacaq.

yaaz.az photo 2016 novomber derby Footbal

İspaniya La Ligasında isə Madrid derbisi oynanılacak. Atletico Madridin meydançasında baş tutacaq oyun, şənbə günü Bakı saatı ilə (BSİ) 23.45’də başlayacaq. Madrid derbisi 139 fərqli ölkədə canlı yayımlanacaq.

yaaz.az photo 2016 novomber derby Footbal

Bazar günü isə İtaliya Serie A-da derbi həyəcanı yaşanacaq. Milan şəhərinin iki komandası Milan və İnter, San Siro’da qarşı-qarşıya gələcək. Köhnə güclərində olmayan bu iki İtalyan nəhənginin qarşılaşması BSİ 23.45’də başlayacaq.

Avropa liqalarında həftə sonu keçiriləcək derbilerin proqramı bu şəkildədir:

19 noyabr Şənbə günü

16:30 Manchester United – Arsenal

21.30 Borussia Dortmund – Bayern Münih

23:45 Atletico Madrid- Real Madrid

20 noyabr Bazar günü

21:00 Fenerbahçe – Galatasaray

23:45 AC Milan – İnter