Futbol

Hazard və Mourinho ilk pillədə

720views

İngiltərə Premyer Liqasında Avqust ayının ən yaxşıları müəyyən olundu.

Keçən sezon oyununda böyük düşüş yaşayan və Antonio Contenin gəlişindən sonra yenidən yüksəlişə çıxmaq istədiyini bildirən Hazard, deyəsən, istədiyinə nail olur. Premyer Liqada avqust ayının ən yaxşıları müəyyən olunub. Geridə qalan 3 turda 2 qola imza atan Hazard “Avqust ayının ən yaxşı oyunçusu” adına layiq görülüb.

Premyer Liqada “Avqust ayının ən yaxşı məşqçisi” mükafatına isə Manchester Unitedin portuqaliyalı baş məşqçisi Joze Mourinho layiq görülüb.

Elnur Cəfərov
idman xəbərləri yazarı