
629views
Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Rumıniyada davam etdirəcək. Son ölkə çempionu “Astra” ilə anlaşan Abdullayev milli komandanın San-Marino ilə keçirəcəyi matçdan sonra Rumıniyaya yollanacaq və müqavilə imzalayacaq. Bu xəbəri “Astra”nın mətbuat xidməti də təsdiqləyib.
Qeyd edək ki, Avropa Liqasının qrup mərəhləsində də çıxış edən “Astra” İtaliyanın “Roma”, Çexiyanın “Viktoriya” və və Avstriyanın “Austriya Vyana” klubları ilə E qrupunda mübarizə aparacaq.
add a comment