Cihazlar

Apple’ın, Touch Bar’lı yeni MacBook Pro’larının xüsusiyyətləri

705views

Apple, Cupertino’dakı mərkəzində reallaşdırdığı təqdimatda gözlənildiyi üzrə Macbook Pro’nun yeni versiyasını təqdim edib.

Yeni Macbook Pro ilə gələn ən əhəmiyyətli xüsusiyyət, Touch Bar adını alan və klaviaturanın dərhal üstündə olan retina ekranlı sensor sahədir. Başdan aşağı yenilənən Macbook Pro ailəsinin Touch Bar‘lı 1315 düymlük versiyalarının yanında, Touch Bar‘ı olmayan bir Macbook Pro da yar alır.

Macbook Pro‘larla birlikdə həyatımıza girən Touch Bar, bir çox fərqli tətbiq üçün yeni funksiyalar özündə saxlayır. Macbook Pro üçün tətbiqi inkişaf etdirən bir çox istehsalçı, Touch Bar‘ın nemətlərindən faydalanacaq. ESC düyməsinin belə Touch Bar‘a daşındığını düşünsək, irəlidə Applenin klaviatura yerinə bütöv Touch Bar istifadəsinin da mümkün olacağını söyləyə bilərik.

Yeni Macbook Pro‘da ekran keyfiyyəti də artırılıb, daha canlı bir görünüş ilə yeni Macbook Pro sahiblərini qarşılayacaq.

Macbook Pro’lara gələn Touch Bar‘ın bir digər xüsusiyyəti isə Touch ID dəstəyidir. Beləcə barmaq izi ilə giriş və Apple Pay ilə satın almalarınızı tək bir barmaq toxunuşu ilə bitirməniz mümkündür. Macbook Pro üzərindəki Thunderbolt 3 girişləri sayəsində fərqli cihazlarla daha asan əlaqə qura biləcək. Macbook Pro‘nun 13 düym 15 düym ekrana sahib olmaq üzrə fərqli konfiqurasiyaları var.

Macbook Pro’lar haqqında ətraflı məlumat və qiymətləri ilə qeyd olunan linkdə tanış ola bilərsiniz.