Təbiət

Antraktidada dünyanın ən böyük dəniz Qoruğu yaradılacaq

1.27Kviews

Avropa Birliyinə üzv olan 24 ölkə, Antraktidada dünyanın ən böyük dəniz parkını qurmaq üçün razılığa gəlib.

Antraktida Dənizdə Həyat Komisiyası, ərazisi 1 milyon 550 min kilometri əhatə edəcək böyük Qoruğun, Ross dənizində quraşdırılacağını və bu bölgədə 35 il ərzində balıqçılığın qadağan ediləcəyini açıqlayıb.

Ross dənizi xüsusi quruluşu ilə ekologiya baxımından dünyanın ən vacib bölgələrindən biri olaraq qəbul edilməkdədir.

Yeni Qorruq, dünyadakı pinqvinlərin böyük bir hissəsinin yerləşdiyi, balinaların, dəniz quşlarının və 10 mindən çox növü olan müxtəlif heyvanların evi sayılan Cənub Okeanı ərazisinin 12 %-dən çoxunu əhatə edəcək.

Elm adamları, bu qərarın dəniz heyvanları və bitkilərinin qorunması baxımından dünyanı qorumaq adına atılan tarixi bir addım olduğunu bildirir.