Türkiyənin paytaxtı Ankara şəhərində terror hadisəsi törətmək üçün hərəkətə keçən qrup Polis səddini keçə bilməyəcəyini anlayaraq özlərini partladıblar.
Ankarada Haymana bölgəsi üzərindəki magistral yolda Polisin müdaxiləsinə məruz qalan terror qrupu “Təslim ol” tələblərinə razılıq verməyərək özlərini partladıb.
Hadisə yerinə gələn Ankara Qubernatoru Ercan Topaca ;
“Polislərimiz aldıqları xəbərdarlıqla hərəktə keçdilər. Səhərə yaxın terroristlərin olduğu məhəlləyə gələrək təslim olmaqları tələb olundu. Müdaxilə edilən vaxtda isə terroristler özlərini partlatdılar. Ölənlərdən birinin şəxsiyyət vəsiqəsini tapdıq Harun Aslan adında. Mahidə Ateş adında bir qadının da olduğunu düşünürük.
3-cü bir nəfərin olduğunu da fikirləşirik ama bu hələ dəqiqləşməyib. Terrorçuların məksədlərinin nə olduğu, haranı partlatmaq istədikləri isə hələki məlum deyil. Avtomobilə Türkiyə bayrağı asaraq bu şəkildə gözdən pərdə asmaq istəyiblər. Hansı təşkilata bağlı olduqları tam məlum deyil ancaq Harun Aslanın PKK üzvü olduğunu ehtimal edirik.” şəklində açıqlama verib.
2 canlı bombanın partlayış anı.
https://www.youtube.com/watch?v=e8ZPcbYGgaI