Sağlamlıq

Alkoqolizm: asılılığın yaranması və fəsadları

1.48Kviews

Alkoqollu içkilərin də narkotiklər kimi tarixi qədimdir, az qala insanın tarixi qədərdir. Ümumi adı şərabdır. Şərab da bir növ narkotikdir, ağırı və yüngülü, istifadəçiləri və aludəçiləri olur. İstifadəçilər yavaş-yavaş aludəçiyə çevrilir. Aludəçilərə xalq arasında «alkoqolik» də deyilir.

Alkoqolu tərgitmək narkotiki tərgitmək qədər çətindir, amma keçmiş alkoqoliklər olur.

Qeyd etmək lazımdır ki, alkoqoldan mütəmadi istifadə gec-tez ürək çatışmazlığı, miokardın infarktı, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, alkoqolun cinsi aktivliyi aşağı salmaq və sonsuzluq yaratmaq təhlükəsi də mövcuddur.

alc5

Bir qayda olaraq, insan (söhbət normal insanlardan gedir) həyatda öz yerini tapmayanda, ya da tale ona zərbə vuranda alkoqola üz tutur. İnsanlar şərabla tanışlığa ayıq başla, ondan istifadə edəcəklərinə, dərdlərinə əlac edəcəklərinə daxili bir inamla gedirlər. Onlarda şəraba qarşı andangəlmə həvəs olmur, əslən alkoqolik olmurlar. Bu, onlarda irsən keçən yox, necə deyərlər, sonradan qazanılan xəstəlikdir.

alc2

Əvvəllər şərabdan dərman kimi iyrənirlər, hətta ona nifrət edirlər. Yeni başlayanda hamısı deyir ki, araqdan dərman dadı qəlir. İlk vaxtlar bu dərmanı içmək istəmirlər, az qala özlərini zorlayıb içirlər. Hər dəfə içəndə xəstələnirlər, elə bil ki, zəhərlənirlər. Əvvəllər xəstəlik günlərlə çəkir, özünü pis hiss edirsən, hər gün içə bilmirsən. Sonra yavaş-yavaş öyrəşirsən, getdikcə daha çox içirsən və gündəlik normaya keçirsən.

İlk dövrrlərdə alkoqol insanın başına vursa da, bədəninə təsir etmir, şərab adi bir şeyə çevrilir. Yəni nə qədər içsən də özünü idarə edə bilirsən, harda içsən, özün durub evə gedirsən. Öz-özünə öyünürsən ki, içkiyə öyrəşmirsən, istəyəndə içirsən, istəməyəndə içmirsən. Amma bu, tələdir, şərabın səninüçün, yüzlərlə sənin kimi qurbanlar üçün qurduğu tələdir – o, səni uçuruma doğru itələyir. Amma sən hələ geri qayıda bilərsən, özündə iradə tapsan, bu bəladan qurtara bilərsən.

alc14

Alkoqola öyrəşmək üçün illər, aludəçisi olmaq üçün isə on illər lazım gəlir. Həyat isə qısadır.

İllər keçir, on illər keçir, şərabın təsirindən ürək-damar xəstəliklərinə tutulmasan, ya başqa bir sağalmaz xəstəlik tapmasan, alkoqoldan asılı vəziyyətə düşürsən.

Bir də görürsən başın, bədənin, bütün orqanizmin şərab tələb edir. İçməyəndə yeyə bilmirsən, işləyə bilmirsən, qanın qaralır, başın fırlanır, bütün bədənin od tutub yanır, hətta əlin-ayağın əsməyə başlayır. Artıq geriyə yol yoxdur… Artıq şərabı tələbat kimi, dərman kimi içməyə başlayırsan (artıq uçurumun qarşısındasan!), yenə aldanırsan, güman edirsən ki, alkoqol sənə kömək edir. Amma o, səni uçurumdan aşağı itələyir…

Aşağıda isə hamıya məlum olan, el arasında  «alkaş», «alkaqolik» (şərabdan üzvi surətdə asılı olan, bu bəladan qurtarmaq iqtidarında olmayan adama deyilir) adlanan həmin məxluqlardır ki, başlarındakı və bəxtlərindəki boşluğu şərabla doldurmaq istəyirlər. Onlar evdən yalnız iki fikirlə çıxırlar: harada içmək və kiminlə yatmaq. İkincini hər deyəndə tapmasalar da, birincini həmən tapırlar, çünki nə olsa, harda olsa içirlər. Yaşa dolduqca, «kiminlə yatmaq» problemi tamamilə aradan çıxır. Şərab sözün əsl mənasında, onları həyata səsləyən yeganə stimula çevrilir.

alc11

Ayıq vaxtı da sərxoş kimi səndələyirlər, ayaqlarını gen qoyub, matros kimi yellənə-yellənə gəzirlər. İçəndən sonra isə onları evin dalında, pilləkannın altında, hətta gölməçənin içində axtarmaq lazımdır. Bunlar karikaturaçı rəssamlara geniş material verən həmin ikiayaqlı məxluqlardır.