“ADA” Universiteti 2017-2018-ci tədris ili üçün tələbə qəbuluna başlayır.
“ADA” Universiteti dekabrın 1-dən etibarən 2017-2018-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbulunu başlayır. Qəbul mövsümü Azərbaycan vətəndaşları üçün aprelin 1-i, xarici vətəndaşlar üçün isə avqustun 1-dək davam edəcək.
Növbəti tədris ili üçün “ADA” Universiteti aşağıdakı sahələr üzrə magistr təhsili təklif edir:
1. Diplomatiya və beynəlxalq münasibətlər
2. Biznesin idarə edilməsi
3. İctimai siyasət
4. Təhsilin idarə edilməsi
“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanları və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar.Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər və uzun müddətli sosial tələbə kreditləri təklif edilir.
Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 43 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı dünya təcrübəsindən yararlanmaq imkanı yaradır.