Körpənizin göbək bağını doğular doğulmaz kestirmeyin
Bu çağırış Amerikalı körpə və uşaq sağlamlığı mütəxəssisləri tərəfindən gəlib.
Maryland’dakı Bethesda Sağlamlıq İnstitutu mütəxəssisləri, göbək bağının doğumdan dərhal sonra deyil, ən az 30 saniyə gözlədikdən sonra kəsilməsi lazım olduğunu açıqlayıb. Həkimlərin məqsədi, göbək bağında olan qanın körpənin bədəninə çatmasını təmin etməkdir.
Araşdırmalar, göbək bağları gec kəsilən körpələrin təzyiqlərinin normal olduğunu və daha güclü olduqlarını göstərib.
Qansızlıq və dəmir əskikliyinin qarşısını alır.
Qanla birlikdə bolca dəmir tərkibli olan plazma da körpənin bədəninə çatdığı üçün qansızlıq və dəmir əskikliyi də görülmür.
30 saniyə gözlərkən həmçinin körpə ağırlığının 100 qram artırdığını söyləyən mütəxəssislər, bunun 100 millilitr qan mənasına gəldiyini, bunun kiçik bir körpə üçün böyük bir miqdar olduğunu bildirirlər.
Bunu texniki erkən doğumlarda da həyata keçirmək mümkündür.
Həkimlər, yalnız bir neçə saniyənin körpələrin sağlamlığı üzərində çox böyük təsiri olduğunu vurğulayır.