661
Arda Turan, Çempionlar Liqasında ‘hat-trick’ edən 3-cü Türkiyəli oyunçu oldu.
Barcelona, evində qarşıladığı Almaniyanın Mönchengladbach klubunu 4-0 məğlub etdi. Barcelona bu hesabla xalını 15-ə çıxardaraq qrup lideri olaraq növbəti mərhələyə adını yazdırdı. Komandanın qolları, 16-cı dəqiqədə Messi, 50, 53 və 67-ci dəqiqədə Arda Turan’dan gəldi.
Arda Turan, 2004-cü ildə Tuncay Şanlı və 2012-ci ildə Burak Yılmaz’ın ardından ‘Çempionlar Liqası’nda ‘hat-trick’ edən 3-cü Türkiyəli futbolçu oldu.
Bundan əlavə Barcelona tarixində ‘Çempionlar Liqası’nda ‘hat-trick’ edən lüks bir siyahıya da adını yazdırdı.
Barcelona forması ilə ‘Çempionlar Liqası’nda ‘hat-trick’ edən oyunçular: Rivaldo, Ronaldinho, Eto’o, Messi, Neymar, Arda Turan.
add a comment