“Uber”, texnologiyanın imkanlarından istifadə edərək Bakı şəhərində daha sağlam mühit yaratmaq niyyətindədir.
Tədqiqatlar onu göstərir ki, güclü immunitetə malik olan insanlar qrip virusunun yayılma riskini 50-60% aşağı salır. Bunları nəzərə alaraq “Uber” şirkəti şəhər üzrə tam pulsuz olaraq çəmən balının çatdırılmasını təşkil etməyi qərara alıb.
UberBal-ı necə sifariş etmək olar:
– noyabrın 30-da saat 12:00-dan 15:00-dək “Uber” mobil tətbiqinə daxil olmaq (uber.com/app);
– ekranın aşağısındakı slayderi çəkərək “UberBal” opsiyasını seçmək və yerləşdiyiniz məkanı göstərib bal sifariş etmək;
– bir neçə saat ərzində “Uber” kiçik hədiyyəni çatdıracaq.
Bundan başqa, bütün yeni “Uber” istifadəçilər bal ilə yanaşı 50%-lik güzəştlə 2 gediş əldə edəcəklər.
Bunun üçün lazımdır:
– “AppStore”, “Google Play” və ya “Windows Phone”dan mobil telefona “Uber” proqramını yükləmək;
– qeydiyyatdan keçmək və bu zaman “Uber-Bal” promo-kodunu daxil etmək;
– yerləşdiyiniz ünvana Pulsuz Bal sifariş etmək.
Qeyd edək ki, “Uber” şirkəti Bakıda 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.