Futbol

İspaniya LaLiqası: Madridlilər qələbə qazanır, Camp Nou-da isə sensasiya

791views

İspaniya LaLiqasının 3-cü turunun oyunlarına start verilib. İlk 2 turda xal itirərək azarkeşlərini həyəcanlandıran “Atletico Madrid” nəhayət qələbə qazanıb. Madridlilər “Celta Vigo” səfərində rəqibini 0:4 hesabı ilə məğlub edib. Griezmanın dubl etdiyi oyunda digər qolları Koke və Correa vurub.

Digər Madrid təmsilçisi “Kral klubu” Real Madrid isə itkisiz irəliləyir. Real 3-cü oyununda da qələbə qazanıb. Bu dəfə isə rəqib yenidən əsas diviziona qayıdan Osasuna olub. 5:2 hesabı ilə qalib gələn Realın heyyətində qolları Ronaldo, Danilo, Ramos, Pepe, Modric vurub. Osasuna da isə O.Riera və D.Garcia fərqlənib.

Turun sensasiyası isə Camp Nou stadionunda qeydə alınıb. Son çempion Barcelona azarkeşləri önündə gözlənilmədən debütant Alaves-ə məğlub olub. Oyunda hesabı 39-cu dəqiqədə qonaqlardan Deyverson açıb. “Katalonlar” 47-ci dəqiqədə Mathieu ilə bu qola cavab versələrdə, 64-cü dəqiqədə İbai 2-ci qolu vuraraq Barclonaya şok yaşadıb. Görüş bu hesabla başa çatıb.

Elnur Cəfərov
idman xəbərləri yazarı