Londonda Britaniya kinoakademiyasının mükafatlarının 70-ci təqdim olunma mərasimi baş tutub.
Gecənin qonaqları arasında Kembric hersoqu, şahzadə Uilyam və hersoqinya Ketrin Middlton, Emma Stoun, Penelopa Krus, Nikol Kidman, Mişel Uilyams, Viola Devis, Meril Strip, Emili Blant və bir çox başqa ulduzlar olublar. Mərasimin aparıcısı qismində Stiven Fray çıxış edib.
“Bafta”nın “Ən yaxşı film”i və ən çox mükafatlandırılan nominantı “La-La-Land” myuziklı olub. Emma Stoun “Ən yaxşı aktrisa” nominasiyasında, Demyen Şazell “Ən yaxşı rejissor” nominasiyasında qalib olub, eləcə də film “Ən yaxşı saundtrek”, “Ən yaxşı operator işi” və “Ən yaxşı film” kateqoriyalarında mükafatlar qazanıblar. Qaliblərin tam siyahısı belədir:
Ən yaxşı film: “La-La-Land”
Ən yaxşı Britaniya filmi: “Mən Deniel Bleykəm”
Xarici dildə ən yaxşı film: “Saulun oğlu”
Ən yaxşı rejissor: Demyen Şazell, “La-La-Land”
Ən yaxşı aktrisa: Emma Stoun, “La-La-Land”
Ən yaxşı aktyor: Keysi Afflek, “Dəniz sahilindəki Mançester”
Ən yaxşı ikinci plan aktrisası: Viola Devis “Hasarlar”
Ən yaxşı ikinci plan aktyoru: Dev Patel, “Şir”
Ən yaxşı adaptasiya olunmuş ssenari: “Şir”
Ən orijinal ssenari: “Dəniz sahilindəki Mançester”
Ən yaxşı britaniyalı ssenarist, rejissor və ya prodüser debütü: Babək
Ənvəri, “Kölgədə”
Ən yaxşı sənədli film: “On üçüncü”
Ən yaxşı animasiya filmi: “Kubo. Samuray barədə əfsanə”
Ən yaxşı montaj: “Vicdanla”
Ən yaxşı operator işi: Linus Sandqren, “La-La-Land”
Ən yaxşı qrim və saç düzümü: “Florens Foster Cenkins”
Ən yaxşı kostyum dizaynı: “Ceki”
Ən yaxşı vizual effektlər: “Cəngəlliklərin kitabı”
Ən yaxşı quruluşçu-rəssam işi: “Fantastik heyvanlar və onların yaşadığı yerlər”
Ən yaxşı saundtrek: “La-La-Land”
Ən yaxşı səs: “Gəliş”
Ən yaxşı Britaniya qısametrajlı filmi: “Ev”
Ən yaxşı Britaniya animasiya qısametrajlı filmi: “Sevgi hekayəsi”
Yeni ulduz: Tom Holland