Kolumbiya xalqı Bazar günü hökumət ilə FARC (Kolumbiya İnqlabı Silahlı Qüvvələri) arasında imzalanan sülh müqaviləsini səs vermə ilə dəyərləndirəcək. Ölkədə 52 il davam edən müharibədə 260 mindən çox insan həyatını itirdi, on min insan itgin düşüdü və 7 milyon insan öz evindən didərgin düşüdü.
Müharibə cox insan canı alsa və uzun müddət davam etsə də, yaddaşlarda qalacaq fotoşəkillərin sayı çox azdır.
BBC Mundo’dan Juan Carlos Perez Salazar, fotoqraf Jesus Abad Colorado Lopez’in, bəziləri Kolumbiya Müharibəsi’nin üzü olmuş fotoşəkilləri toplayıb.
Jesus Abad Colorado, Kolumbiya Müharibəsi kədərini açıq gözlər ilə izləmiş bir insandır.
Bütün rəsmləri ağ-qara rəngdə çəkən Colorado, səbəbini belə izah edir : “Belə daha ehtiramlı olduğunu düşünürəm. Rənglər bu dəhşəti izah etmək üçün çox parlaqdır. Burada ağ-qara kədəri daha düzgün izah edə bilər.”
Qeyd edək ki, kütləvi qırğınların baş verdiyi yerlərdə tək qəzet müxbiri Colorado idi.
Eyni zamanda əraziləri ən son tərk edən insan da o idi.
Beləliklə Yaaz.az, Kolumbiya Müharibəsi’nin o solğun vərəqlərini sizə təqdim edir.