Sağlamlıq

5.5 milyon qadın xərçəng xəstəliyindən həyatını itirəcək

942views

Hal-hazırda qadınların həyatı üçün təhlükəli görsənən 1-ci problem ürək və damar xəstəlikləridir.

Ancaq araşdırmalar, önümüzdəki illərdə xərçəng xəstəliyinin daha önə çıxacağını göstərir. Xərçəngə tutulan qadınların sayının artacağı təhlükəsi var.

Hesablamalara görə, 2030-cu ildə 5.5 milyon qadın xərçəng xəstəliyindən həyatını itirəcək.

Bu sahədə aparılan araşdırmalar Paris’də nəşr olunub.

Bunun olduqca yüksək bir rəqəm olduğu və 14 il ərzində 60 % təhlükənin daha da artması mənsaına gəldiyi bildirilir. Qeyd edək ki, 2012-ci ildə 3.5 milyon qadın xərçəngə məğlub olmuşdu.

yaaz.az xerceng xesteliyi

XƏRÇƏNG, AŞAĞI VƏ ORTA GƏLİRLİ ÖLKƏLƏRDƏ ARTIR

Araşdırmaları Almanniyanın dərman firması Merck ilə birgə aparan Amerika Xərçəng Dərnəyi (ACS), ölüm hadisələrindəki artımı insanların yaşlanması və əhalinin çoxalmasına bağlayır.

Hesabata görə, xüsusilə aşağı və orta gəlir səviyyəsinə sahib inkişaf etməkdə olan ölkələrdə, bu daha dərindən müşahidə olunur. Bu bölgələrdə səhiyyə sistemlərinndəki inkişaf sayəsində insan sağlamlığına nəzarət artsa da, iqtisadi inkişafın kökəlmə kimi risk faktorlarına yol açdığı bildirilir.

yaaz.az xerceng xesteliyi

DİAQNOZ VƏ MÜALİCƏNİN GÜCÜ ÖLKƏLƏRƏ GÖRƏ DƏYİŞİR

Araşdırmanın müəlliflərindən Sally Cowal, bu xəstəliklərdə ən vacib etablardan sayılan diaqnoz və müalicə üsulunun hər yerdə yüksək səviyyədə və düzgün aparılmadığını bildirir. Çoğrafi ərazilərə görə fərqli yanaşmalar olduğu söylənilir.

Xərçəng hal hazırda qan damar sistemi xəstəliklərindən sonra qadınlar arasında ən çox ölümə gətirib çıxaran xəstəlikdir. 2012-ci ildə qadın ölümlərinin yüzdə 14 faizi xərçəngdən meydana gəlib. Ən çox müşahidə olunan xərçəng növləri isə döş xərçəngi, ağciyər xərçəngi, bağırsaq xərçəngi və bətn (rahim) xərçəngidir.

Yeni araşdırmalara görə, gənc qızlar HPV peyvəndi olduqları təqdirdə bətn xərçənginə tutulma riskini azaldırlar.

Araşdırmalar göstərir ki, Afrika və Cənub-Şərqi Asiyada 30 ölkədə xərçəng xəstələri kimyəvi üsulla müalicədən yararlana bilmir. Döş xərçəngində isə erkən diaqnoz və müalicə üsulları inkişaf etməkdə olan ölkələrdə böyük bir problem olaraq görülür.