Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 12-17, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Hava şəraitinin bəzi yerlərdə əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlıq
Martın 29-30-da bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.