Kosmos

250 min illik alüminium obyekt yadplanetlilərə aid ola bilər?

616views

Rumıniyada olan 250 min illik alüminium obyektin yadplanetlilərə aid olduğu iddiası qarşıya qoyulur. Çünki alüminiumun insanlıq tarixindəki keçmişi 200 ildir.

Rumıniyada 1973-cü ildə olan sirrli üç obyektə dair məlumatlar ictimaiyyətlə ilk dəfə bölüşdürüldü. Obyektlərdən ilki olan metal parçasının 90%-nin alüminiumdan meydana gəldiyi və 250 min illik olduğunun təsbit edilməsi ortalığı qarışdırıb. Çünki insanlıq tarixində alüminiumun istifadəsinin 200 illik bir keçmişi var.

Testlər İsveçrənin Lozanna şəhərindəki bir laboratoriya tərəfindən də təsdiqlənib.
Maraqlı bir şəkli olan külçə halındakı alüminium parçasının əl istehsalı kimi görünməsi də parçanın bir UNO vasitəsinə aid ola biləcəyi ehtimalını gündəmə gətirir. Aiud qəsəbəsində yerin 10 metr altında olan metal parçasının varlığı kommunist rejim tərəfindən ictimaiyyətdən gizlənmişdi. Ancaq testlər nəticəsində ingilis qəzeti Mirror kəşfin ictimaiyyətə açıqlanmasına qərar verib. Rumıniyalı UNO araşdırmaçıları, insanlığın ortaya çıxmasından əvvəl yadplanetlilərin dünyanı ziyarət etdiyi və bəzi izlər buraxdığı nəticəsinə varıblar. Olan digər iki parçasının isə 80 min ilə 100 min illik bir məməli canlıya aid qalıqlar olduğu açıqlanıb.