
2017ci ildə bizi nələr gözlədiyini bilməsək də, dəbdə gözlənilən dəyişikliklər artıq məlumdur!
Yaaz.az sizi keçirilən moda həftələrində incə bir o qədər də tərz makiyaj modelləri ilə tanış edir:
1.Sadə makiyajı incə güllərlə bezəmək – gələn ilin trendi olacağı gözlənilir. Güllər üzdə rəngli vurğu yaratdığı üçün göz kölgələrinə və gözə çarpan dodaq boyasına ehtiyac yoxdur. Xırda gülləri kirpik yapışdırıcısı ilə göz ətrafında bərkidə bilərsiz.

2.Qırmızı “Smokie eyes”. Bu göz makiyajında daima qara çalarlardan istifadə edirdiksə üzümüzə gələn ildə daha yaradıcı olmağımız məsləhət görülür – qırmızı və bordo rəngin müxtəlif çalarlarından istifadə edə bilərik.

3.“Grunge” – göz qapaqları. Alt göz qapağını tünd rənglərlə “grunge” tərzdə kölgələməklə daha iri gösdərə bilərsiz.

4.Qırmızı yanaqlar. Bəli, bəli – məhz qırmızı yanaqlar 2017ci ilin növbəti trendi olacaq. Yanaqlarınıza çəhrayının tünd, qırmızının açıq çalarlarından istifadə edərək daha tərz makiyaj əldə edə bilərsiz.

5.Zərli dodaqlar. “Glitter” istifadə etməklə dodaqlarınızı həcmli göstərə bilərsiz. Bu makiyajda yalnız dodaqları vurğulamalısız, əlavə gözləri və yanaqları rəngləməyə ehtiyac yoxdur.

6.Enli oxlar. Üst göz qapaqlarınızda incə və səliqəli oxlar çəkmək üçün çox vaxt sərf edirdizsə, gələn il buna ehtiyac olmayacaq – enli oxlar sizi vaxt israfından xilas edir! Bu makiyajda dodaqlarınızı vurğulamağa ehtiyac yoxdur.


7.Və sonda gündəlik makiyaj üçün çəkinmədən alt göz qapaqlarınızı mis rəngi və ya bozun çalarlarıyla kölgələyə bilərsiz.
