![](https://yaaz.az/wp-content/uploads/2016/12/f45badfbcasablancamartindulantosqdezeen.jpg)
Hər şeyin ənlərinin seçildiyi ilin son həftələrində, ağla sığmaz memarlığı ilə bir sənət əsərinə çevrilmiş 2016-cı ili 10 nərdivan dizaynı.
2016-cı ilin cazibə qüvvəsinə meydan oxuyan pillələriylə gözə çarpan, şüşə ilə, metalla, fərqli rənglərlə bəzənmiş ən təsiredici 10 minimalist nərdivanı.
1. Vlooyberg Qülləsi – Belçika
Bütün hava vəziyyətlərinə davamlı olan bu qüllə cazibə qüvvəsinə meydan oxuyur. Qüllə Belçikalı Studiya Close to Bone tərəfindən hazırlanaraq ziyarətçilərinə bənzərsiz bir meşə mənzərəsi təqdim edir.
![Vlooyberg Qülləsi - Belçika](http://yaaz.az/wp-content/uploads/2016/12/0ec905f4vlooybergtowerclosetobonestaircase2016dezeensq.jpg)
2. Londonda bir ev – İngiltərə
6 millimetr qalınlığında polad təbəqələr düzərək qaynaq edilib və bir tərəfi kərpic divara estetik bir şəkildə birləşdirilib. Digər tərəfi boşda qalan nərdivan təhlükəli dayandığı qədər zərafətiylə də diqqət çəkir.
![Londonda bir ev - İngiltərə](http://yaaz.az/wp-content/uploads/2016/12/518a1f02londonapartmentbellphillipsdezeensqc.jpg)
3. Unterlinden Muzeyi – Fransa
Fransada bir muzeydə olan bu nərdivan köhnə ilə yeni arasında keçişi göstərir. Ehtişamlı beton quruluşuyla yeraltında olan bir qalereyaya açılır.
![Unterlinden Muzeyi - Fransa](http://yaaz.az/wp-content/uploads/2016/12/3a1ce62fmuseeunterlindenbyherzogdemeuronsqdezeen.jpg)
4. Bir sahil evi – Yaponiya
Sarmalı nərdivan nümunəsinə yeni bir rəng Yaponiyadan gəlib. Bir sahil evini bəzəyən bu nərdivan evin mərkəzində yerləşir.
![Bir sahil evi - Yaponiya](http://yaaz.az/wp-content/uploads/2016/12/34257aa8houseakitsukazunorifujimotoarchitectassociatesjapanarchitectureconcrete_dezeen_2364_sq.jpg)
5. Parisdə bir ev – Fransa
İki mərtəbəni bir-birinə bağlayan ağ metal çərçivəli bu nərdivan, altında olan boşluqlarla rahat bir anbarlama hissəsini təmin edir.
![Parisdə bir ev - Fransa](http://yaaz.az/wp-content/uploads/2016/12/be765313parisapartmentlesatelierstristanandsagittainteriors_dezeen_sq.jpg)
6. Feuerwehr Vierschach – İtaliya
Yanğın stansiyasına, İtalyan studiya Pedevilla Architects tərəfindən edilən bu nərdivan beton binaya dinclik qatan bir qırmızı rəng ilə qıvrılır.
![Feuerwehr Vierschach - İtaliya](http://yaaz.az/wp-content/uploads/2016/12/3738a0c9vierschach_pedevillaarchitects_dezeen_sq.jpg)
7. Hong Kong’da bir ev – Çin
Şüşənin ağır başlı duruşu İngilis memar Luke Lowings’in əlində yeni bir format qazanmışdır. Şüşə pillələr Hong Kongun izləyə biləcəyiniz bir terrasa qədər yüksəlir.
![Hong Kong'da bir ev - Çin](http://yaaz.az/wp-content/uploads/2016/12/f99669f0hongkongapartmentcarpenterlowingssqdezeen.jpg)
8. Casa Blanca – Peru
Memar Martin Dulanto’nun bu sarmalı nərdivanı, Casa Blanca’nın daxili dekorasiyasına nəzərən sərt bir rəngə sahibdir. Ağ və boz divarların yanında bu qırmızı pillələr binanın ən diqqətə çarpan xüsusiyyətidir.
![Casa Blanca - Peru](http://yaaz.az/wp-content/uploads/2016/12/f45badfbcasablancamartindulantosqdezeen.jpg)
9. Anbarın nərdivana çevrilməsi – Belçika
Taxta blokların üst-üstə bitişdirilərək Jenga şəklində yüksələn bir nərdivan yaradılmışdır.
![Anbarın nərdivana çevrilməsi - Belçika](http://yaaz.az/wp-content/uploads/2016/12/47e2faabbarnconversionstudiofarrisarchitectssqdezeen.jpg)
10. The Stairs – Niderland
Rotterdam’ın mərkəzində olan bir ofis blokunun üstünə aparan bu körpü nərdivan, 29 metr yüksəkliyində və 57 metr uzunluğundadır.
![The Stairs - Niderland](http://yaaz.az/wp-content/uploads/2016/12/f7cf65f5thestairsmvrdvsqdezeen.jpg)