Gündəm

’20 Yanvar’ dairəsindəki sıxlığa işıqfor müdaxiləsi

20 yanvar dairesi 2017
1.07Kviews

Bakının “20 Yanvar” dairəsində avtonəqliyyat vasitələrinin hərəkətinə dəyişiklik edilə bilər.

Həmin ərazidə hərəkətin işıqforlarla tənzimlənməsi nəzərdə tutulur və artıq bir neçə işıqfor quraşdırılıb.

Məsələyə aydınlıq gətirən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, dəyişikliyin məqsədi təhlükəsizliyin təmin edilməsi, avtomobillərin keçmə növbəliyində yaranan süni sıxlığın aradan qaldırılmasıdır.

V.Əsədov bildirib ki, həmin ərazidə işıqforlar quraşdırılsa da, hələ işə salınmayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda işıqforlar işə salınacaq: “Bir neçə gün ərzində müşahidələr aparılacaq. Əgər özünü doğrultsa, həmin ərazidə işıqforlar daimi qalacaq, əks halda başqa tədbir görüləcək”.