Fotoqrafiya

2-ci Dünya müharibəsinə aid görmədiyiniz şəkillər

2-ci Dünya Müharibəsi
4.01Kviews

1939 – 1945 illəri arasında sürən 2-ci Dünya müharibəsinə aid və sonradan bərpa edilmiş şəıkillər.

İkinci dünya müharibəsi — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisidir. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.
2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

Şəkillərin üzərinə klik edərək böyük ölçüdə baxa bilərsiniz.