Hava Proqnozu

11 oktyabrda gözlənilən hava şəraiti

737views

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.