Keniyada toy xərclərini qarşılayacaq pulları olmayan gənc cüt, yalnız 1 dollara başa gələn nikah mərasimləri, internet fenomeni olub.
Təxminən 300 dollara başa gələn xərcləri tapa bilməyən cütlük, keçən il toylarını iki dəfə təxirə salmaq məcburiyyətində qalmışdılar. Wilson və Ann Mutura isə, daha çox gözləməmək əvəzimə minimum xərclə evlənməyə qərar veriblər.
Toy mərasimlərində gündəlik paltarlarıyla iştirak edən cüt, 1 dolları yalnız parlaq polad alyanslar üçün xərcləyiblər. Cütlüyün rəsmi nikah əməliyyatları, kilsə tərəfindən qarşılanıb.
Üç il dostluq edəndən sonra evlənmək qərarı alan ancaq maddi çətinliklər yaşayan 27 yaşlı Wilson və 24 yaşlı Annın qənaətli evliliyi sosial mediada böyük alqış alıb. Facebook və Twitter istifadəçiləri, cütlüyün toyuna “Önəmli olan evlilikdir, toy deyil”, “Bəlkə toy edə bilmədilər, amma çox gözəl ailələri olacaq” və “Məhəbbət, onsuz da 5 ulduzlu oteldir” kimi fikirlər söyləyiblər.
Mutura cütü, sosial media istifadəçilərinin tərif və sevgilərinin onları çox xoşbəxt etdiyini bildirərək “Pul, bizim kimi gənc insanların evlənməsinə mane olmamalıdır” – deyiblər.
1 dollarlıq nikahın sosial mediada böyük əks-səda tapması nəticəsində bir turizm şirkəti, ikili üçün 5 günlük bal ayı turu hədiyyə edib.