yaaz.az
1.35K
2035-ci ilə qədər Abşeron yarımadasında ikinci sərnişin hava limanı tikiləcək.
Bu layihə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub.
Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib ki, hava limanının tikintisi şəhərin cənub zonasında – Ələt qəsəbəsi ərazisində nəzərdə tutulur.
O əlavə edib: “Bakı Beynəxalq Aeroportunun ötürmə qabiliyyəti 2035-ci ilə qədər sərnişin axınını tam həyata keçirə biləcək. Lakin turizmin inkişaf tempini, Ələtdə azad ticarət zonasının yaradılmasını nəzərə alaraq biz duşunuruk ki, daha bir beynəlxalq aeropotun inşasına ehtiyac var”.
add a comment