Təbiət

Xəzər dənizində olan balıqların adları

16.3Kviews

Xəzər dənizi – Yer kürəsində ən böyük axmaz göldür.

Xəzər dənizi
Xəzər dənizi

Xəzər dənizi, Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Axmaz olduğundan tərkibində duzun faizi 0,05% Volqa çayının deltasında 1-3%-dir. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Xəzər dənizinin, dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.
Xəzərin sahəsi 380 000 km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km, ən dərin yeri 1 025 m-dir.

Xəzər dənizi balıqları

Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Burada onurğalıların 79 növü mövcuddur. Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.

Xəzər dənizi balıqları
Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5 m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər, gızılbalıgkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Bunlardan durnabalığı , xanıbalığı , dabanbalığı şirin su mənşəlidirlər.

Xəzər dənizi balıqları
Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.
Xəzər dənizində 1809 növ və yarımnöv heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olar ki, bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir.
Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır.

Xəzər dənizi suitisi
Xəzər dənizi suitisi

Xəzər balıqları:

Nərəkimilər fəsiləsi (Acipenseridae)
Bölgə (Huso huso)
Rus nərəsi (Acipenser guldenstadti)
Kür (İran) nərəsi (Acipenser güldenstädtii persicus natio cyrensis)
Kələmo (Acipenser nudiventris)
Kür (Cənubi Xəzər) uzunburunu (Asipenser stellatus stellatus natio cyrensis)

Siyənəkkimilər fəsiləsi (Clupeidae )
Ançous kilkə (Clupeonella engrauliformis)
İrigöz kilkə (Clupeonella grimmi)
Adi kilkə (Clupeonella delicatula caspia)
Qızılbalıq (Salmo trutta caspius)
İlanbalığı (Caspiomyzon wagneri)
Xəzər şişqarını (Alosa caspia caspia)
İrigöz siyənək (Alosa brashnikovi autumnalis)
Volqa siyənəyi (Alosa kessleri volgensis)
Qarabel siyənək (Alosa kessleri kessleri)

Çəkikimilər fəsiləsi (Cyprinidae)
Kütüm (Rutilus frisii kutum)

Kefalkimilər fəsiləsi (Mugilidae)
Qızılı kefal (Lisa auratus)
Sivriburun kefal (Lisa saliens)

Xulkimilər fəsiləsi (Gobiidae)
Xəzər xulu (Neogobius caspius)
Girdə xul (Neogobius melanostomus affinis)
Şirman xulu (Neogobius syrman eurystomus)
Qumluq xulu (Neogobius fluviatilis pallasi)
Kessler xulu (Neogobius kessleri gorlap)
Knipoviç xulu (Knipowitschia longicaudata)
Qrimm çömçə xulu (Benthophilus grimmi)

Digər növlər
Aterina (Atherina mochon pontica)
İynəbalığı (Syngnathus nigrolineatus)
Xəzər minoqasi

Əlaqəli mövzu: Balıqlar haqqında