Təbiət

Balıqlar haqqında

26Kviews

Balıqlar – orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.

Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.

Balıqlar haqqında

Balıqlarda tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir. Balıqlarda tənəffüs orqanı əvəzinə, xüsusi inkişaf etmiş qəlsəmələr mövcuddur. Bu qəlsəmələr sümüklü balıqlarda bütün bədəni əhatə edən 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, adətən, operkulum adlı bir örtüklə qorunur. Qəlsəmə yarığında böyüklüyünə və saylarına görə bir-birindən fərqlənən qəlsəmə dişcikləri (branchiospin), əks tərəfdə isə kapilyar qan damarlarından ibarət qəlsəmə üzgəcləri mövcuddur.

Balıqlar haqqında
Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Havanın bir litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi.
Qəlsəmələr minlərlə qəlsəmə lifindən ibarətdir.Hər bir qəlsəmə yarığı nazik qan damarları ilə örtülüdür. Bu damarlar özlüyündə daha kiçik damarlara ayrılaraq damar toru meydana gətirir. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on qat daha böyükdür. Sudan çıxan balığın boğulması havadakı oksigenlə tənəffüs edə bilməməyindən daha çox qəlsəmə yarıqlarının daxilə doğru çökməsi və tənəffüs üçün kifayət qədər sahənin qalmamağı ilə əlaqədardır.

Balıqlar haqqında

“Archives of Neurology” tibb jurnalının dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur. Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.

Həmçinin bax: Xəzər dənizində olan balıqların adları

Balıqların çoxu kürü tökməklə çoxalır.Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır. Ömründə bir neçə dəfə nəsil verənər və ömründə bir dəfə nəsil verənlər.
Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur; Xəzər kilkələri,şəmayı, Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür. Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır. Cinsiyyət dimorfizmi(erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var. Bir qayda olaraq dişilər erkəklərdən iri olur, erkəklərin isə rəngi əlvandır.Sakit okeanda qızıl balıqların cırtdanerkəkləri var. Balıqlarda yalnız nəsilvermə zamanı əmələ gələn cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir. Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik,alt çənənin uzanması olur. Çoxalma hadisəsi balıqların həyatında müxtəlif vaxtda olur. Durna balığı həşəm,külmə yazda kürü tökür. Şəmayı, nərələrin bir qismi bu işi yayda yerinə yetirir. Qızıl balıq və qızıl xallı payızın axırlarında, qışda kürüləyirlər.

Balıqlar haqqında
Kürünü xaricdən nazik pərdə əhatə edir. Bu pərdədə çox kiçik dəlik var. Spermatozoid bu dəlikdən kürüyə daxil olub onu mayalayır. Mayalanmış kürü şişir və həmin dəlik bağlanır. Mayalanmadan az sonra kürünün bölünməsi başlayır, çoxhüceyrəli rüşeym əmələ gəlir. Rüşeymin qarın tərəfindən sarılıq kisəsi yerləşir. Rüşeym sarılıq hesabına qidalanır. Müəyyən vaxtdan sonra kürüdən çıxır. Mayalanmadan sürfələr çıxana qədər keçən vaxta inkubasiya müddəti deyilir. Bu müddət yayda və yazda 1 həftəyə qədər, payızda-qışda isə 2 ay davəm edir. Kürüdən çıxmış sürfələr 2-3 gün sarılıq hesabına qidalanır. Buna daxili qidalanma deyilir. Tədricən körpələr yaşlı fərdə oxşayır.