DünyaTəbiət

Pekin 12 saniyədə çirkli hava təbəqəsinə bürünüb

890views

Pekin 12 saniyədə çirkli hava təbəqəsinə bürünüb.

Üçdə birinin intensiv çirkli havadan təsirlənməsi səbəbiylə ilk dəfə “Milli Qırmızı Həyəcan Siqnalı” verilən Çində göy üzünün dumanla örtdüyü dəqiqələr saniyə-saniyə kameraya əks olunub. Çirkli havanın paytaxt Pekini 12 saniyədə tutduğunu göstərən sürətləndirilmiş video on minlərlə insan tərəfindən izlənib.

Şəffaf havanın birdən-birə dumanlı havaya çevrildiyi anlar Youtube-də dərc olunub. Video çəkən adam 20 dəqiqəlik görüntü çəkdiyini və bunu timelapse texnikası ilə sürətləndirdiyini bildirib. 150 mindən çox adamın izlədiyi video Çindəki hava çirklənməsi probleminin miqyasını bir daha nümayiş etdirdi.