İnternetŞəbəkə

Məşhur video tətbiqi ‘Vine’ bu tarixdən bağlanır

745views

Populyar video paylaşım tətbiqi Vine’ın bağlanış tarixi məlum oldu.

İllərlə milyonlarla qısa videoçarxa ev sahibliyi edən və öz əqidələrini yaradan Vine-ın son istifadə etmə tarixi məlum olub.

Dünyaya 6 saniyəlik qısa video anlayışını sevdirən tətbiq, Vine, çıxdığı zaman böyük əks-səda doğurmuşdu və milyonlarla videoya ev sahibliyi etmişdi. Vine-ın bağlanacağı bir müddət əvvəl də açıqlanmışdı. Bu dəfə tam tarix məlum olub.

Twitter-in sahibi olduğu Vine, 17 yanvar tarixində tamamilə bağlanacağı açıqlanıb. Twitter-in məzmun istehsal edən Vine işçilərinə maaş ödəməyi qəbul etməməsi sonrası istifadəçilərini itirməyə başlayan Vine, 2016 sonunda məğlubiyyəti qəbul edib yeni videolara sistemi bağlamışdı. Sadəcə, köhnə videoların izləndiyi Vine tətbiq etməsi indi tamamilə bağlanmaq üçün hazırlıq görür.

Noyabr 2015 etibarilə Vine-ın 200 milyon aktiv istifadəçisi var idi. 17 yanvardan etibarən artıq Vine tətbiqi üzərindən videolara baxmaq mümkün olmayacaq. Ancaq Vine-ın veb saytına giriş etmək mümkün olacaq. Köhnə videoları izləmək istəyənlər veb səhifəsindən istifadə edəcəklər. Həmçinin istifadəçilər yekun tarixinə qədər köhnə video materiallarını yükləmək imkanına da sahib olacaqlar.

Vine, həyatına bir kamera tətbiqi kimi davam edəcək və Twitter-ə birbaşa video göndərmək kimi praktiki variantlara malik olacaq.