Kino

Oskar Mükafatları sahiblərini tapdı: Gecəyə səhv anons damğa vurdu

Oskar 2017
945views

Maraqla gözlənən 2017 Oskar Mükafatları sahiblərini tapdı.

Kino dünyasının ən prestijli mükafatı olan Oskar 89-cu dəfə sahiblərinə təqdim edildi. Gecənin ən çox maraq edilən kateqoriyası olan Ən Yaxşı Film mükafatı Moonlighta (Ay işığı) getdi.


Ancaq mükafat Moonlighta getməzdən əvvəl Oskar tarixinə damğa vuran bir xəta ilə La La Land (Aşiqlər Şəhəri) getdi. Ən Yaxşı Film kateqoriyasının adını açıqlayan Uorren Beatty və Faya Dunaway, özlərinə verilən səhv zərfi açanda mükafatında səhvən La La Land getdiyi açıqlayıblar.


Açılan zərfin Ən Yaxşı Film deyil Ən Yaxşı Qadın Oyunçu kateqoriyasına aid olduğunun fərq edilməsinin ardından mükafatın əsl sahibini anons etmək La La Land-ın rəhbərinə düşdü. Beləliklə Moonlight iki dəqiqəlik gecikmə nəticəsində Ən Yaxşı Film mükafatının sahibi oldu.


Ən Yaxşı Rejissor mükafatını isə La La Land ilə 32 yaşlı Damien Chazelle aldı. Chazelle bu mükafatı alan ən gənc rejissor oldu.

Manchester By The Sea (Həyatın Sahilində) filmindəki roluyla Casey Affleck Ən Yaxşı Kişi Oyunçu mükafatı qazanarkən, Ən Yaxşı Qadın Oyunçu Oskarı isə La La Land filmiylə Emma Stonea getdi.

Ən Yaxşı Köməkçi Kişi Oyunçu seçilən Mahershala Ali, Oskar qazanan ilk Müsəlman aktrisa oldu. Ən yaxşı köməkçi qadın oyunçu isə Fences (Qazanan) filmi ilə Viola Davis seçilib.

Xarici Dildə Ən Yaxşı Film mükafatı İran istehsalı The Salesman-ə (Satıcı) getdi. ABŞ Prezidenti Donald Trumpın aralarında İranın da olduğu yeddi ölkə vətəndaşlarına gətirdiyi səyahət qadağasına etiraz edərək mərasimə qatılmayan filmin rejissoru Asghar Farhadinin yazılı təşəkkür çıxışı mərasimdə oxundu.

https://twitter.com/nytimesarts/status/836063368083558400
İkinci dəfə Oskar qazanan Farhadi çıxışında, “Burada olmamın səbəbi qeyri-insani qanunla ABŞ-a girişləri qadağan olunaraq hörmətsizliyə məruz qalan ölkəmin və digər altı ölkənin insanlarına bəslədiyim hörmətdən irəli gəlir” ifadələrini bildirib.

Farhadinin mükafat çıxışını kosmosa gedən ilk İranlı olan Anuşe Ansari oxudu.

Mərasimdə Trumpın siyasətlərini tənqid edən tək ad Farhadi deyildi. Meksikalı oyunçu Gael Garca Bernal da mükafat vermək üçün çıxdığı səhnədə Trumpın ABŞ ilə Meksika sərhədinə inşa etmək istədiyi divarı tənqid edib.

Oyunçuların da bir miqrant işçi olduğunu bildirən Bernal, “Bir Meksikalı, bir Latın Amerikalı, bir miqrant işçi və bir insan olaraq bizi ayırmaq istəyən bütün divarlara qarşıyam” – dedi.


Trumpı tənqid edən digər bir adam mərasimin aparıcısı Cimmi Kimmel oldu. Ağ Evin mətbuat brifinqində bəzi mətbuat orqanlarının alınmasına icazə verməməsinə istinad edən Kimmel, “CNN, New York Times, ya da içində times keçən hər hansı bir qurum varsa xahiş edirəm, binanı tərk etsin” – dedi.

Məhz  Oskar 2017 mükafat mərasiminin qalibləri:

Ən yaxşı köməkçi kişi oyunçu: Mahershala Ali (Moonlight)
Ən yaxşı makiyaj: Suicide Squad
Ən yaxşı kostyum dizaynı: Fantastic Beasts and Where to Find Them
Ən yaxşı sənədli film: OJ: Made in America
Ən yaxşı səs düzənləməsi: Arrival
Ən yaxşı səs miks: Hacksaw Ridge
Ən yaxşı köməkçi qadın oyunçu: Viola Deyvis (Fences)
Ən yaxşı xarici film: The Salesman
Ən yaxşı qısa animasiya filmi: Pirer
Ən yaxşı animasiya filmi: Zootopia
Ən yaxşı quruluş dizaynı: La La Land
Ən yaxşı vizual effektlər: The Jungle Book
Ən yaxşı film keçirməsi: Hacksaw Ridge
Ən yaxşı qısa sənədli: The White Helmets
Ən yaxşı live-action filmi: Sing
Ən yaxşı görüntü rəhbərliyi: La La Land
Ən yaxşı musiqi: La La Land
Ən yaxşı mahnı: City of Stars (La La Land)
Ən yaxşı ssenari: Mançester by the Sea
Ən yaxşı adaptasiya ssenari: Moonlight
Ən yaxşı rejissor: Damien Chazelle (La La Land)
Ən yaxşı kişi oyunçu: Casey Affleck (Mançester by the Sea)
Ən yaxşı qadın oyunçu: Emme Stoun (La La Land)
Ən yaxşı film: Moonlight (İlk başda La La Land olaraq çatdırılıb və sonra səhv olduğu bildirilib)