Dünya

Obama tətil üçün 8 ildə 85 milyon dollar xərcləyib

832views

ABŞ prezidenti olaraq 2-ci 4 illik vəzifə müddətinin sonuna yaxınlaşan və 2017-ci ilin ilk günlərində vəzifəsini Trump’a təhvil verməyə hazırlaşan Obamanın tətil üçün 8 ildə 85 milyon dollar xərclədiyi ortaya çıxıb.

Judicial Watch adlı bir QHT tərəfindən hazırlanan hesabata görə, Obamanın vəzifə müddəti boyunca ailəsi ilə etdiyi tətillərin və rəsmi gəzintilərin xərci hesablanıb və bu tətillərin dövlətə fakturasının 85 milyon dollar olduğu iddia edilir.

resized_b4f87-65d7da9bgjzuflqw_keypummoe1ibg

Oxşar hesabata görə, Obama ailəsinin yalnız 2015-ci ildə Hawaii’yə etdikləri səyahətin xərci 4.8 milyon dollar olduğu qeyd olunub. İddiaya görə, bu fakturanın səbəbi Obama və ailəsinin tətilə gedərkən qoruma qrupunun də onları izləməsi olub.

resized_a4abf-9b762646yy0rpe0cikqr9otxfmnlxg

Çünki dünyanın ən yaxşı qorunan liderlərindən bir olan ABŞ prezidentini qoruyan Gizli Xidmət, hər cür ehtimalı nəzərə alaraq heç bir xərcdən qaçınmır. Hesabata görə, bu tətildə Gizli Xidmət işçilərinin qaldığı otellərin fakturası 1 milyon dollara çatır. Ağ Evdən bu iddialar ilə əlaqədar hələ rəsmi bir məlumat verilməyib.

resized_c6141-13678df4tyzzwwea066wprtbqb49a