Astrologiya

Aşiq olduğunda hansı bürc özünü necə hiss edər?

2.61Kviews

Ruh halımıza və duyğularımıza təsir edən bürclər, eşqdə də özünü göstərir.

Aşiq olduğunda hansı bürc özünü necə hiss edər?

koc-burcu

QOÇ

Bir Qoç bürcü olaraq macəradan və riskdən qorxmursunuz. Buna görə eşqi hiss etdiyiniz anda ilk addımın qarşı tərəfdən gəlməsini gözləmir, hərəkətə keçirsiniz. Söhbət eşqdən gedirsə, olduqca doyumsuz ola bilir, eyni sıxlıqda eşqi qarşı tərəfdən də görmək üçün səbirsizlənirsiniz.

boga-burcu

BUĞA

Güclü bir Buğa bürcü olaraq, eşqi ən dərinlərdə hiss edirsiniz. Ancaq bu eşqi göstərmək yerinə, saxlayaraq, eşqinizin qazanılmasını gözləyirsiniz. Eşqi bir test halına çevirə bilərsiniz.

ikizler-burcu

ƏKİZLƏR

Ünsiyyətli və yeniliklərə açıq olsalar da aşiq olduqlarında bu eşqi ən klassik şəkliylə yaşayarlar. Onlar üçün eşq bir növ həyat səbəbi kimidir. Aşiq olduqlarında üzlərindəki parlaqlığın, sifətlərindəki gülümsəmənin dərhal fərqinə vara bilərsiniz. Onlar üçün bezmək və eşq eyni cümlə içində keçə bilməz.

yengec-burcu

XƏRÇƏNG

Xərçəng bürcləri eşqi yalnız əlaqələri üçün deyil, sevdikləri hər şey üçün hiss edərlər. Ailələri, yoldaşları, evləri… Aşiq olduqlarında özlərini rahat, isti bir ədyala sarılmış kimi hiss edərlər. Eşq onlar üçün rahatlıq deməkdir.

aslan-burcu

ŞİR

Şir bürcləri tamamilə diqqətsiz davranmağa çalışsalar da aşiq olduqlarında bu vəziyyəti düşkünlük halına gətirə bilərlər. Olduqca dalğın davranışlar sərgiləyə bilirlər.

basak-burcu

QIZ

Xırdaçı və həddindən artıq düşünmək maraqlısı olan Qız bürclərinin aşiq olduqlarında bu vəziyyəti iki qatına çıxartdıqlarını ifadə etməyə ehtiyac yoxdur hərhalda. Eyni zamanda sevdikləri adamın davamlı yanlarında olmasını istəyən Qız bürcləri, boş zamanlarında eşqləriylə əlaqədar xəyal quraraq düşüncələrə dala bilirlər.

terazi-burcu

TƏRƏZİ

Gözəllik və eşqin bürcü Tərəzi, aşiq olduğunda tamamilə fərqli bir insana çevrilə bilib, idarəsini itirə bilər. Eşq onlar üçün olduqca əhəmiyyətli olduğundan eşq sonrası hisslərini qısaca “həyəcan” olaraq adlandıra bilərik.

akrep-burcu

ƏQRƏB

Aşiq olduqları anda sıx hisslərə qapılırlar. Ancaq eşq onlar üçün sevinc deyil melanxoliya mənasını verməkdədir. Daha durğun, daha çox düşünən, hüznlü aşiqlər deyə bilərik onlar üçün.

yay-burcu

OXATAN

Macərapərəst və azadlığına düşkün Oxatan bürcləri, bu xüsusiyyətlərini aşiq olduqdan sonra tamamilə unudarlar. Özlərini eşqə tamamilə təslim edən Oxatan bürcləri üçün eşq, mədədə kəpənəklərin uçuşduğunu hiss etmək deməkdir.

oglak-burcu

OĞLAQ

Realizmdən uzaqlaşmaq istəməyən Oğlaq bürcləri, bir müddət aşiq olduqlarını kimsəyə göstərməmək istəyə bilərlər. Ancaq içlərində böyütdükləri hisslər onları daha da sıx bir eşqə sürüyər. Aşiq olan kimi sevdiklərini qısqana bilən Oğlaq bürcləri bu baxımdan olduqca çətin aşiqlərdir.

kova-burcu

DOLÇA

Ağıllı və təsir edici Dolça bürcləri, aşiq olduqları anda həyatlarında yeni bir səhifə açmaq üçün özlərini hazır hiss edərlər. Aşiq olmaq demək onlar üçün gələcəyi düşünmək deməkdir.

balik-burcu

BALIQ

Romantik Balıq bürcləri üçün aşiq olmaq olduqca çətin bir proses ola bilər. Çətin aşiq olduqları kimi eyni zamanda eşqə konsentrasiya olub, rədd edilmə qorxusu ilə yaşayırlar.